Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərindədaşınmış yüklərin həcmi 24 milyon 620,1 min ton, yük dövriyyəsi isə9 milyon 905,5 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü iləmüqayisədə müvafiq olaraq 0,3 faiz və 2,1 faiz artım müşahidəolunub.
Trend DövlətStatistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki,Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12 milyon765,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə- 6 milyon 522,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 7milyon 22,9 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 4 milyon552,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərinhəcmi isə 279,3 min ton təşkil edib.
Yüklərin 11 milyon 304,2 min tonu və ya 45,9 faizi dəmir yolunəqliyyatı, 7 milyon 353,6 min tonu və ya 29,9 faizi avtomobilnəqliyyatı, 5 milyon 962,3 min tonu və ya 24,2 faizi dəniznəqliyyatı ilə daşınıb.
Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 57,9 faizinivə ya 14 milyon 247,1 min tonunu tranzit yüklər təşkil edib.