AZ

Məşqçinin halı pisləşdi, oyun dayandırıldı - Video

UEFA Millətlər Liqasının növbəti turunda keçirilən Niderland - Macarıstan oyununda fasilə yaranıb.

“Qafqazinfo” “Diario AS” nəşrinə istinadən xəbər verir ki, Macarıstanın məşqçilər korpusunun üzvü hşunu itirib və nəticədə oyun dayandırılıb.

Tibb işçiləri onu yaxınlıqdakı xəstəxanaya aparıb. Qarşılaşma 10 dəqiqəlik fasilədən sonra bərpa olunub.

Macarıstan Futbol Federasiyasından verilən məlumata görə, halı pisləşən şəxs keçmiş milli futbolçu Adam Szalai olub. 

Bildirilib ki, o, indi xəstəxanadadır və vəziyyəti stabildir.

Görüntüləri təqdim edirik:

Fotoda Adam Szalai


Seçilən
45
4
qafqazinfo.az

5Mənbələr