AZ

Oyun zamanı halı pisləşdi

UEFA Millətlər Liqasının dünən baş tutan Niderland – Macarıstan matçında 10 dəqiqəlik fasilə yaranıb. Buna səbəb qonaq komandanın məşqçilərindən birinin halının pisləşməsi olub.

Millinin sabiq kapitanı, hazırda baş məşqçinin köməkçisi olan Adam Şalai huşunu itirib. Həkimlərin ilkin müdaxiləsindən sonra veteran futbolçu xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin sabit olduğu bildirilir.

Qeyd edək ki, oyun Niderland millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
13
4
futbolinfo.az

5Mənbələr