AZ

ABŞ, Yaponiya və Avstraliya müdafiə məsləhətləşmələri mexanizmini işə salır

Bakı. Trend:

ABŞ, Yaponiya və Avstraliya müdafiə nazirlikləri təhlükəsizliksahəsində üçtərəfli məsləhətləşmələr mexanizminin yaradılmasıbarədə razılığa gəliblər.

Trend xəbər verirki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin, Yaponiyanın müdafiənaziri Gen Nakatani və Avstraliyanın müdafiə naziri Riçard Marlesinbirgə bəyanatında qeyd edilib.

Bəyanatda vurğulanıb ki, yeni mexanizm üç ölkənin silahlıqüvvələri arasında siyasət və əməliyyat koordinasiyasınıgücləndirmək məqsədi daşıyır.

Tərəflər həmçinin Avstraliya və ABŞ arasında davam edənəməkdaşlıqda Yaponiyanın artan rolunu alqışlayıblar. Bu çərçivədə,hər il üçtərəfli desant təlimlərinin keçirilməsi qərara alınıb.

Bundan əvvəl Yaponiya Özünümüdafiə Qüvvələrinin Avstraliyadadəniz piyadalarının müntəzəm yerləşdirilməsinə başlanacağıaçıqlanmışdı. Bu təşəbbüs müdafiə və təhlükəsizlik sahəsində üçölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmətedir.

Seçilən
38
1
az.trend.az

2Mənbələr