AZ

Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrləri görüşüb

Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Bakıda Azərbaycan parlamenti və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündə iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən xəbərə görə, Sahibə Qafarova ölkəmizin evsahibliyi ilə keçirilən bu mühüm tədbirdə iştirakına və oradakı çıxışına görə qonağa təşəkkür edib.

Söhbətdə Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Spiker Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin ölkəmizə səfərə gələrək COP29-da iştirak etməsini, noyabrın 13-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin görüşündən sonra Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Xankəndi şəhərində tikiş fabrikinin videobağlantı vasitəsilə açılış mərasiminin keçirilməsini məmnunluqla qeyd edib. Bildirilib ki, bizim özbək dostlarımızın Füzulidə məktəb tikintisinə, qısa müddətdə isə Xankəndidə minlərlə insanın çalışacağı bu gözəl müəssisənin yaradılmasına kömək göstərmələri qardaşlıq münasibətinin təzahürüdür.

Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

Tənzilə Narbayeva COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb və orada müzakirə olunan məsələlərin dünyanın gələcəyi üçün önəmini qeyd edib.

Görüşdə Özbəkistanla Azərbaycan arasında münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs edilib. O, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlərini məmnunluqla xatırlayaraq, belə görüşlərin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb.

Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Seçilən
21
14
hafta.az

10Mənbələr