AZ

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası AliMəclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə bildiriblərki, görüşdə iqlim dəyişikliyi ilə əlaqədar dünyanın üzləşdiyiproblemlərin həlli üçün qlobal əməkdaşlığın əhəmiyyətinin danılmazolduğu, bu istiqamətdə parlamentlərin mühüm rola malik olduqlarıqeyd edilib.

Söhbət zamanı Milli Məclisin sədri ölkələrimiz arasındamünasibətlərin yüksək səviyyədə olduğunu deyib. Dövlətlərimizarasında hərtərəfli əlaqələrin inkişafında prezidentlərinqarşılıqlı səfərlərinin, aparılan danışıqların önəmli roloynadığını xüsusi qeyd edib. O, Azərbaycanla Özbəkistan arasındaəməkdaşlığın inkişaf etdirilməsi, strateji tərəfdaşlığındərinləşdirilməsi ilə bağlı imzalanmış sənədlərin vacibliyindəndanışıb.

Özbəkistanın Füzulidə məktəb tikintisinə, qısa müddətdə isəXankəndidə minlərlə insanın çalışacağı bu gözəl müəssisəninyaradılmasına kömək göstərməsinin qardaşlıq münasibətinin təzahürüolduğu diqqətə çatdırılıb.

Qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişafetdiyini bildirən S.Qafarova iki ölkənin parlamentlərində fəaliyyətgöstərən parlamentlərarası dostluq qruplarının ikitərəfliəlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Bildirilib ki,deputatlarımız beynəlxalq parlament qurumlarında səmərəliəməkdaşlıq edirlər.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva COP29kimi mötəbər tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilətəbriklərini çatdırıb və orada müzakirə olunan məsələlərin dünyanıngələcəyi üçün önəmini qeyd edib.

Görüşdə Özbəkistanla Azərbaycan arasında münasibətlərininkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərininqarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə də fikirmübadiləsi aparılıb.

Seçilən
49
9
az.trend.az

10Mənbələr