Şimali Koreya yenidən zibillə dolu şarları Cənubi Koreyaya doğru havaya atıb.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Seul meriyası açıqlama yayıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü bildirib ki, Pxenyanın hərəkətləri bütün sərhədləri aşır.
Cənubi Koreya vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Şimali Koreya tərəfinin üzərinə düşdüyü barədə xəbərdarlıq edib və onları daha səbirlərini sınamamağa çağırıb.
Şəhər rəsmiləri zibil şarları ilə əlaqədar əhalini diqqətli olmağa çağırıb.
Qeyd edək ki, mayın sonundan bəri Şimali Koreya 31 dəfə zibil balonlarını havaya qaldırıb. Ümumilikdə Cənubi Koreyaya 7000-dən çox belə hava şarı düşüb.
Gülşən Şərif