AZ

Suriyada vəziyyət gərginləşib: "Həyat Təhrir əş-Şam" 13 kəndi ələ keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın Hələb əyalətində silahlılar hökumət qoşunlarına qarşı hücuma keçib.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verib.
Mənbə yazır ki, "Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qruplaşması Hələbin 13 kəndini ələ keçirib, həmçinin ətrafdakı strateji yüksəkliklərdə möhkəmlənib.
Bundan əlavə, Suriya ordusunun Hələb əyalətində yerləşən ən böyük hərbi bazasının da ələ keçirildiyi qeyd olunur.
Seçilən
11
14
oxu.az

10Mənbələr