AZ

Bu bölgələrimizdə doğum göstəriciləri yüksəkdir - Siyahı

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub.

Körpələrdən 2514-ü əkiz, 102-si üçəm və 4-ü isə dördəm doğulub.

Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (12,7), Lənkəran-Astara (12,0), Qarabağ və Şərqi Zəngəzur (11,9), Quba-Xaçmaz (11,8), Mil-Muğan (11,5), Mərkəzi Aran və Şirvan-Salyan (11,2), Qazax-Tovuz (11,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (10,1) yüksək olub.

Seçilən
28
4
qafqazinfo.az

5Mənbələr