AZ

Ən yüksək doğum səviyyəsi Dağlıq Şirvanda olub

Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşmüşdür.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub. Körpələrdən 2514-ü əkiz, 102-si üçəm və 4-ü isə dördəm doğulub. Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (12,7), Lənkəran-Astara (12,0), Qarabağ və Şərqi Zəngəzur (11,9), Quba-Xaçmaz (11,8), Mil-Muğan (11,5), Mərkəzi Aran və Şirvan-Salyan (11,2), Qazax-Tovuz (11,1) iqtisadi rayonlarında ölkə göstəricisindən (10,1) yüksək olub. Cari ilin 9 ayı ərzində ölkədə 43932 ölüm halı qeydə alınmış və 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,7-yə düşmüşdür.

Fuad Mədətov
Fins.az

Seçilən
17
4
fins.az

5Mənbələr