Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Josep Borrell təsdiqləyib ki, ABŞ administrasiyası Amerika raketlərinin Rusiya ərazisinə 300 km-ə qədər dərinlikdə hücumlarına qoyulan məhdudiyyətləri aradan qaldırıb.
"Unikal" xəbər verir ki, o bu barədə Aİ xarici işlər nazirliklərinin rəhbərləri arasında danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında məlumat verib.
“ABŞ administrasiyası öz raketlərinin Rusiya ərazisinə 300 km-ə qədər dərinlikdə istifadəsinə icazə verib, lakin bu, ABŞ administrasiyasının qərarıdır, niyə bu qərarı əvvəllər deyil, indi veriblər bilmirəm” deyən Borrell Aİ ölkələrinin xarici işlər nazirlərinin “bunu müzakirə etdiyini” qeyd edib.