ABŞ Ukraynaya 300 km-ə qədər məsafəni qət edə bilən raketlərdən Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib.
Musavat.com Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmət rəhbəri Jozep Borrell məlumat verib.
Onun sözlərinə görə, bu məsələ Aİ-nin Xarici İşlər Nazirləri görüşündə müzakirə olunub.
Ağ Ev isə bu gün Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliyinə raket zərbələri endirməsinə razılıq verdiyini təsdiqləməyib.
Afaq,
Musavat.com