AZ

Azərbaycan və Türkiyənin təhsil nazirləri görüşdü

Bakıda Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayev ilə Yusuf Təkin arasında görüş olub.

 

Bu barədə Sfera.az Türkiyənin Milli Təhsil Nazirliyinə istinadən xəbər verir.

 

Görüş türkiyəli nazirin COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində baş tutub.

 

“Türkiyə Azərbaycanla bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”, - Tekin görüşdən sonra “X” sosial şəbəkəsində yazıb.

Seçilən
7
11
sfera.az

10Mənbələr