Bakıda Azərbaycan və Türkiyənin təhsil nazirləri Emin Əmrullayev ilə Yusuf Təkin arasında görüş olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi məlumat yayıb.
Görüş türkiyəli nazirin COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya səfəri çərçivəsində baş tutub.
"Türkiyə Azərbaycanla bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”, - açıqlamada bildirilir.
"Cebheinfo.az"