İtaliyanın Neapol şəhərində pirotexniki vasitələr istehsal olunan zavodda güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, əraziyə mülki müdafiə qüvvələri və təcili yardım maşınları cəlb olunub. Zavodun anbarında baş verən partlayış nəticəsində 3 nəfər ölüb.
Təhlükəsizlik qüvvələri partlayışın başvermə səbəblərini araşdırırlar. Zavodda pirotexniki vasitələrin istehsalının qeyri-qanuni həyata keçirildiyi bildirilib.