AZ

Voleybol millimiz EEVZA-da iştirak üçün Polşaya yollanıb

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

U-16 14 oyunçu ilə səfərə yollanıb: Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Cəfərli, Mədinə Əlibəyova, Məryəm Qocayeva, Çinarə Rəhimova.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək.

Qeyd edək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Seçilən
18
11
sia.az

10Mənbələr