AZ

Millimiz Polşaya yollanıb

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb.

Apasport.az xəbər verir ki, U-16 14 oyunçu ilə səfərə yollanıb.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək.

U-16 millimizin heyəti:

Oyunçular: Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Quluzadə, Mədinə Əlibəyova, Məryəm Qocayeva, Çinarə Rəhimova.

Baş məşqçi: Şahin Çatma

Məşqçilər: Hamid Anvari, Pərvin Səfərli.

Qeyd edək ki, noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar

Avropa çempionatı Azərbaycanda!

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb

“Abşeron” kubokun sahibi olub

"Xilasedici" ölkə kubokunun qalibi olub

Seçilən
20
11
apasport.az

10Mənbələr