AZ

"Cənubi Sudan 2019-cu ildən güclü daşqınlardan əziyyət çəkir"

"Cənubi Sudan 2019-cu ildən güclü daşqınlardan əziyyət çəkir və təbii fəlakətlər ölkənin 3 milyondan çox sakininin həyatına təsir edib".

Teleqraf.com xəbər verir ki, bunu ölkənin ətraf mühit və meşə təsərrüfatı naziri Cozefin Nqoya COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib:

"İqlim fəlakətləri daxili köçkünlüyə və dolanışıq vasitələrinin itirilməsinə səbəb olub. Quraqlıqlar, ekstremal istilər, istilik dalğaları, qeyri-müntəzəm yağışlar məhsul çatışmazlığına və bunun nəticəsində əhalinin 60 faizdən çoxunun ərzaq təhlükəsizliyindən məhrum olmasına səbəb olub”.

Nazir bildirib ki, Cənubi Sudan iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən ölkələrdən biridir: "COP29-da yeni kollektiv kəmiyyət hədəfi razılaşdırılmalı, yeni həcm trilyonlarla dollar olmalı, yeni fondlara çıxış mexanizmləri sadələşdirilməlidir".


Müəllif: Rəqsanə Həsənova
Seçilən
18
2
teleqraf.com

3Mənbələr