AZ

AFFA bu klubları CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsi "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.
 
Moderator.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Şamaxı" ilə heç-heçə (2:2) etdikləri Premyer Liqanın XIII turunun matçından sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.
 
Tovuz təmsilçisi isə "Səbail"lə bərabərə qaldığı (1:1) oyunda azarkeşlərin meydana kənar əşya atması ucbatından eyni məbləğdə ziyana düşüb.
 
Seçilən
7
9
moderator.az

10Mənbələr