AZ

İslam ölkələrinin nazirləri DOST Mərkəzində

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak edən İslam ölkələrinin nazirləri 5 saylı Bakı DOST Mərkəzində olublar.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzinin açıldığı, hazırda bu mərkəzlərin şəbəkəsinin genişləndirilməsi işlərinin davam etdirildiyi qeyd olunub.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verir.

Seçilən
259
21
publika.az

10Mənbələr