Bakı. Trend:
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əmək nazirlərinin Bakıdakeçirilən 5-ci konfransında iştirak edən İslam ölkələrininnazirləri 5 saylı Bakı DOST Mərkəzində olublar.
Trend xəbər verir ki, qonaqlara Prezident İlham Əliyevin Fərmanıilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 7 DOSTMərkəzinin açıldığı, hazırda bu mərkəzlərin şəbəkəsiningenişləndirilməsi işlərinin davam etdirildiyi barədə məlumatverilib.
Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanıntəşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “birpəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdimolunmasına imkan verir.
DOST konsepsiyasının innovativ üstünlükləri və nailiyyətləri, bukonsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyivə beynəlxalq uğurları diqqətə çatdırılıb.
Qonaqlar üçün DOST konsepsiyasına və sosial sahədə e-xidmətlərədair təqdimatlar edilib.