AZ

Azərbaycanlılar daha çox hansı ölkələrə səfərlər edib? – Statistika

Bu ilin yanvar-oktyabr aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı, ötən ilin eyni dövrü ilə müqayisədə, 17,6 % artaraq 1 milyon 816,4 min nəfər təşkil edib.

KONKRET.az xəbər verir ki, ölkə vətəndaşlarının 41,8 %-i Türkiyəyə, 20,7 %-i Rusiyaya, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,2 %-i digər ölkələrə səfər edib.

2023-cü ilin eyni dövrünə nisbətən İrana gedənlərin sayı 35,6 %, Rusiyaya gedənlərin sayı 14,1 %, Gürcüstana gedənlərin sayı 13,4 %, Türkiyəyə gedənlərin sayı 10,8 % artıb.

Seçilən
12
2
konkret.az

10Mənbələr