Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 41,8%-i Türkiyəyə, 20,7%-i Rusiyaya, 8,7%-i Gürcüstana, 8,6%-i İrana, 20,2%-i digər ölkələrə səfər edib.
Gedənlərin 64,1%-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.
2023-cü ilin eyni dövrünə nisbətən İrana gedənlərin sayı 35,6%, Rusiyaya gedənlərin sayı 14,1%, Gürcüstana gedənlərin sayı 13,4%, Türkiyəyə gedənlərin sayı 10,8 % artıb.
Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,6%-i hava, 28,3%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.