Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxıb.
News24.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağı olub. Oyunda Azərbaycan millisi 0:6 hesabı ilə uduzub. Bu biabırçı məğlubiyyətlə yığmamız C liqasında qalmaq şansını itirib.
6 matçdan sonra cəmi 1 xala malik olan millimiz qrupu sonuncu pillədə başa vurub. Yığmamız bununla da ən zəif 6 komandanın mübarizə apardığı D liqasına birbaşa yuvarlanıb.
İsveç millisi isə qrupu 16 xalla 1-ci yerdə başa vurub.//qol.az