AZ

COP for Hope: Səhiyyə məsələləri COP29-un gündəmində mərkəzi yer tutur - ÜST-ün regional direktoru (Özəl müsahibə) (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz: Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) Avropa üzrə regional direktoru HansKlugedir.

Hans Kluge COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində tədbirinyüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

"Azərbaycanda səhiyyə naziri, xarici işlər naziri və baş nazirilə ikitərəfli görüşlər keçirdim. Burada keçirdiyim iki günə görəAzərbaycan hökumətinə və Prezident İlham Əliyevə səmimitəbriklərimi bildirmək istəyirəm — COP29 həqiqətən təsir edicidir",— o qeyd edib.

H.Kluge vurğulayıb ki, Azərbaycan bu cür geniş miqyaslı tədbiricəmi doqquz ay ərzində hazırlaya bilib, halbuki COP30 üçünBraziliyaya iki il vaxt ayrılıb.

"COP29 ən yüksək səviyyədə təşkil olunub. Bir həkim olaraq mənixüsusilə sevindirir ki, səhiyyə məsələləri gündəlikdə mərkəzi yertutur. COP-da Azərbaycanın sədrliyi, səhiyyənin qlobal iqlimmüzakirələrinin prioritetləri arasında qalmasını təmin etmək üçünBirləşmiş Ərəb Əmirlikləri, Misir, Braziliya və Böyük Britaniyakimi dörd sədr ölkənin səylərini birləşdirir. Bu, həqiqətənheyranedicidir", — deyə o vurğulayıb.

H.Kluge bildirib ki, dünya bu COP-da karbon emissiyalarınınazaldılmasına dair real öhdəliklər göstərməlidir.

"Səhiyyə sektoru niyə vacibdir? Ümumilikdə bu sektor qlobalemissiyaların 5 faizini təşkil edir ki, bu da dünyadakı bütüntəyyarələrin yaratdığı emissiyalardan iki dəfə çoxdur. Səhiyyəböyük bir çirkləndirici ola bilər, amma pozitiv tərəfdən baxsaq, busektor "yaşıl iqtisadiyyatın" inkişafına mühüm töhfə verə bilər.Qlobal istiləşməni 1,5 dərəcə Selsidən aşağı səviyyədə saxlamaqüçün ciddi səylər göstərməliyik, çünki bu, səhiyyənin bütünaspektlərinə təsir edir. Məsələn, İtaliyada əvvəllər rastgəlinməyən tropik xəstəliklərə, məsələn, Qərbi Nil virusuna rastgəlirik. İspaniya isə daşqınlara hazır deyil: 200-dən çox insanhəyatını itirib və insanlar hələ də əziyyət çəkir. İqlimdəyişikliyinin təsirləri yoxa çıxmayacaq, və biz bununla birbaşamübarizə aparmalıyıq", — deyə o əlavə edib.

"Həmçinin, Azərbaycanı təbrik etmək istəyirəm ki, rəhbərlikləmüzakirələrimə əsasən, COP29 "yaşıl" iqtisadiyyata keçid üçün dönüşnöqtəsi kimi qəbul edilir. Azərbaycanın səhiyyə naziri TeymurMusayev mənə bildirdi ki, beş il ərzində bütün xəstəxanalar"yaşıllaşdırılacaq". Bu, təsirli bir qərardır", — deyə ÜST-ünregional direktoru əlavə edib.

O vurğulayıb ki, iqlim dəyişiklikləri səhiyyənin bütünaspektlərinə təsir göstərir.

"COP29 çərçivəsində müzakirə olunan bir mühüm mövzuya diqqətçəkmək istəyirəm — psixi sağlamlıq, xüsusən də gənclər arasında.Yeni bir termin — “eko-təşviş” yaranıb, bu da gənclərin gələcəkhaqqında narahatlığını ifadə edir. Gənclər gələcəyi daha çoxqaranlıq rənglərdə görür, əvvəlkindən daha az ümid bəsləyirlər. Bu,depressiyaya və "iqlim yorğunluğu" deyilən vəziyyətə gətirib çıxarabilər. Bizim araşdırmalar göstərir ki, temperaturun 1 dərəcə Selsiartması, gənclər arasında intihar hallarının 1 faiz artması iləəlaqəlidir.

Bu, iqlim dəyişiklikləri ilə sağlamlıq arasında birbaşa əlaqəniaydın şəkildə göstərir. Məsələn, Avstraliyadan məlumatlar göstərirki, istilik dalğaları həm psixi, həm də davranış pozuntularınıartırır. Bu problemi daha dərindən araşdırmalıyıq. Bundan əlavə,iqlim böhranı ilə mübarizənin ön cəbhəsində olan tibb işçiləripsixi sağlamlıq aspektləri ilə işləmək üçün xüsusi hazırlıqkeçməlidirlər. ÜST bu sahədə tədqiqatları fəal şəkildə inkişafetdirməyi planlaşdırır", — deyə H.Kluge vurğulayıb.

H.Kluge nəqliyyatın səhiyyə sahəsindəki ekoloji təsirlərinə dədiqqət çəkib.

"Araşdırmalarımız göstərir ki, çirklənmənin əsas mənbələrindənbiri tibb müəssisələri arasında nəqliyyatdır. Bununla belə, busahəni ekoloji cəhətdən inkişaf etdirmək üçün perspektivlilayihələr mövcuddur: teletibb, rəqəmsal səhiyyə texnologiyalarınıntətbiqi və dərmanların çatdırılması üçün pilotsuz uçuşaparatlarının istifadəsi. Bu tədbirlər təkcə karbon izini azaltmır,həm də tullantıların daha səmərəli idarə edilməsinə kömək edir. Bizartıq bu məsələlərlə bağlı tövsiyələr hazırlamışıq. Bundan əlavə,süni intellekt daxil olmaqla, rəqəmsal alətlərin istifadəsi səhiyyəsektorunda karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmağaimkan verəcək", — deyə ÜST-ün regional direktoru əlavə edib.

O bu sahədə bir sıra mühüm təşəbbüslərdən danışıb.

"Birincisi, ÜST-ün Bonn şəhərindəki (Almaniya) Ətraf Mühit vəSağlamlıq Mərkəzi istilik şəraitində sağlamlıq mühafizəsi üzrəfəaliyyət planları üçün qlobal tövsiyə prinsipləri hazırlayıb. Bu,çox vacibdir, çünki istilik, iqlim dəyişikliklərinə bağlı ölümhallarının əsas səbəbidir. Hər il istilik səbəbindən 174 000 nəfərhəyatını itirir. Keçən yay müşahidə tarixində ən isti yay oldu vəbelə rekordların davam edəcəyi ehtimalı yüksəkdir. İstilikşəraitində sağlamlıq mühafizəsi üzrə fəaliyyət planları insanlarınhəyatını xilas etmək üçün zəruridir.

İkincisi, fevralın 27-də İslandiyanın Reykyavik şəhərindəİslandiyanın keçmiş Baş naziri Katrin Yakobsdottir ilə birgə iqlimdəyişiklikləri və sağlamlığın mühafizəsi üzrə yeni ÜmumavropaKomissiyasını istifadəyə verirəm. Komissiyanın məqsədi, iqlimdəyişikliklərinə qarşı mübarizədə səhiyyə sektorunun liderliyinigücləndirməkdir. Həmçinin, Azərbaycanın baş nazirinə və səhiyyənazirinə ölkədən bir nümayəndə təyin etməyi təklif etdim. Komissiya11 yüksək səviyyəli siyasi komissardan ibarət olacaq. Bu, COP29 iləCOP30 arasında davamlılığı təmin etməyə və Azərbaycanın əhəmiyyətlinailiyyətlərini nümayiş etdirməsinə imkan verəcək", — deyə ovurğulayıb.

H.Kluge Azərbaycanın rəqəmsal texnologiyaları və ekoloji həlləribirləşdirən "ağıllı" kəndlər konsepsiyasına heyranlığını ifadəedib.

"Bu, həqiqətən qabaqcıl bir yanaşmadır", — deyə o bildirib.

ÜST-ün regional direktoru əlavə edib ki, təşkilatın sağlamlıq vəətraf mühitin inteqrasiyasını təmin edən unikal təşəbbüsümövcuddur.

"Biz hər beş ildən bir Ətraf Mühit və Sağlamlıq üzrə NazirlərKonfransı keçiririk. Sonuncu konfrans keçən il MacarıstanınBudapeşt şəhərində baş tutdu. Orada biz 53 üzv dövlətlə iqlimdəyişiklikləri, bioloji müxtəlifliyin itirilməsi və ətraf mühitinçirklənməsi ilə bağlı üçqat böhranı həll etmək üçün konkrettədbirlər barədə razılığa gəldik", — deyə Hans Kluge fikrinitamamlayıb.

X: @Lyaman_Zeyn

COP
COP
COP
COP
Məqalədə:
Seçilən
37
2
az.trend.az

3Mənbələr