İran Prezidenti Məsud Pezeşkian İran paytaxtının köçürülməsi üzrə tapşırıq verib
Publika.az xəbər verir ki, Pezeşkian bu gün Tehranda bəzi vilayətlərin nümayəndələri ilə görüşdə bu məsələdən danışıb.
Onun sözlərinə görə, paytaxtın köçürülməsi üzrə tədqiqatlar artıq başlanıb, məsələ 1-ci vitse-prezident Məhəmməd Rza Arifə həvalə olunub.
"Bu məsələ diqqət mərkəzində saxlanılmasa, gələcəkdə ətraf mühit problemləri və başqa problemlər yaranacaq", - Pezeşkian vurğulayıb.