AZ

Azərbaycanın ixracı 6,6 milyard dollar azalıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 39 milyard 378 milyon 678.59 min dollar təşkil edib.

Musavat.com Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 141 milyon 506.36 min dollar və ya 9,5 faiz azdır.

Bu ilin 10 ayında Azərbaycanın ixracı 22 milyard 742 milyon 283.66 min dollara bərabər olub ki, bu da illik ifadədə 6 milyard 603 milyon 710.69 min dollar və ya 22,5 faiz azalma deməkdir.

On ayda xaricdən ölkəmizə idxal 16 milyard 636 milyon 394.94 min dollar olub. Bu, ötən ilin on ayı ilə müqayisədə 17,4 faiz və ya 2 milyard 462 milyon 204.34 min dollar çoxdur.

On ayın yekununda Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 6 milyard 105 milyon 888.72 min dollar təşkil edib. Bu, illik ifadədə 2,5 dəfə azalma deməkdir. Ötən ilin eyni dövründə göstərici15 milyard 171 milyon 803.75 min dollar olmuşdu.

Musavat.com

Seçilən
39
50
musavat.com

10Mənbələr