AZ

Bakıda ara məsafəsi saxlamayan sürücülər ağır qəza törətdilər – ANBAAN VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxtın müxtəlif küçə və prospektlərində ara məsafəsinin saxlanılmaması səbəbindən baş verən yol-nəqliyyat hadisələri ilə bağlı görüntüləri yayıb. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. 
 

“Bu qayda dəfələrlə sürücülərin diqqətinə çatdırılıb və onların maariflənməsi məqsədilə bir çox tədbirlər görülüb, ancaq təəssüflər olsun ki, göstərilən səbəbdən yol-nəqliyyat hadisələri tez-tez baş verir.


Ölüm və xəsarətlə, yaxşı halda isə maddi zərərlə nəticələnən belə qəzalar yollarda nəqliyyatın hərəkətində ləngimələrə də səbəb olur” – deyə məlumatda qeyd olunub. 


Bizim.Media

Seçilən
9
32
bizim.media

10Mənbələr