AZ

Köhnə iPhone və iPad modelləri mühüm funksiyanı itirəcək

Əvvəlki nəsil smartfon və planşetlər dərhal məhdudiyyətlərə məruz qaldı.

Gələn aydan etibarən Apple iOS 8 və ya daha əvvəlki versiyalarla işləyən iPhone və iPad-lərdə iCloud cihazlarının ehtiyat nüsxələrinin çıxarılmasını rəsmən qadağan edəcək. Bu barədə MacRumors portalı məlumat yayıb.

Dəyişikliklər 18 dekabr 2024-cü il tarixindən qüvvəyə minir. Bu tarixdən sonra ehtiyat nüsxələri iOS 9 və ya sistemin sonrakı versiyasını tələb edəcək. Apple həmçinin köhnə cihazlarda mövcud olan bütün ‌iCloud‌ ehtiyat nüsxələrini həmişəlik siləcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
37
4
editor.az

10Mənbələr