AZ

Ukrayna bu raketlə Rusiyaya ŞOK ZƏRBƏ vura bilər - SENSASİON DETALLAR açıqlandı

"Patriot" hava hücumundan müdafiə sistemləri ballistik hədəfləri yalnız 40-50 kilometr məsafədə və 24 kilometr hündürlüyə qədər məhv edə bilir.

Musavat.com-un xəbərinə görə, bu barədə aviasiya eksperti Boqdan Dolintse 24 kanalına açıqlama verib.

Ekspert bildirib ki, ABŞ-ın Rusiyanın "Oreşnik" ballistik raket hücumuna adekvat cavabı Ukraynaya müasir raketdən müdafiə sistemlərinin təqdim edilməsi olmalıdır.

""Patriot" sistemləri ballistik hədəfləri məhdud məsafədə vura bilir. Amma "Oreşnik" əsas hissəni yer səthindən 100 kilometr hündürlükdə ayırır. Bu mərhələdə bir neçə döyüş başlığını vurmaq məqsədəuyğun deyil. Buna görə də bu raketi 150-200 kilometr hündürlükdə məhv etmək lazımdır. Bu vəzifəni yalnız THAAD raketdən müdafiə kompleksi yerinə yetirə bilər", - deyə ekspert vurğulayıb.

Dolintse qeyd edib ki, "Oreşnik" raketinin vuruş məsafəsi 2-6 min kilometr arasıdır:

"Bu, raketi Avstraliya və Cənubi Amerika istisna olmaqla, bütün qitələrə çatdırır. Buna görə də bu raketi tamdəyərli qitələrarası ballistik raket (ICBM) adlandırmaq olmaz.

Çox güman ki, ruslar mövcud qitələrarası ballistik raketlərdən birini götürüb, onun üç mərhələsindən birini çıxarıb və beləliklə, onun uçuş məsafəsini azaldıblar".

Qeyd olunur ki, "Oreşnik" raketinin qiyməti 70-80 milyon dollar təşkil edir. Onun istehsal texnologiyasında dəyişiklik edilməyib.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi 21 noyabrda Rusiyanın Ukrayna ərazisinə ballistik raket zərbəsi endirdiyini bildirib.

Qeyd olunub ki, "Oreşnik" raketində 6 döyüş başlığı olub və hər biri 6 alt-bomba ilə təchiz edilib.

Aytən Novruz
Musavat.com

Seçilən
6
22
musavat.com

10Mənbələr