AZ

İsrail bu ölkəni təhdid etdi: müharibənin miqyası genişlənir?

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani İsrailin İraqı əsassız və yalançı bəhanələrlə təhdid etməsinə sərt cavab verib.

Publika.az xəbər verir ki, Sudani Bağdadda keçirilən tədbirdəki çıxışında bölgədə yüksək gərginlik olduğunu bildirib.

O, ölkəsinin hücum nöqtəsi kimi istifadə edilməsinə icazə verməyəcəklərini bəyan edib: "Sionistlər yalan və etibarsız bəhanələrlə təhdid etdi. Lakin İraqın hücum nöqtəsi kimi istifadəsinə icazə verməyəcəyimizi vurğulamalıyıq".

Sudani İsraili döyüş meydanını genişləndirməməyə çağırıb. O, həmçinin Xarici İşlər Nazirliyinə İsrailin İraqı təhdid etməsi məsələsini beynəlxalq dairələrdə izləməyi tapşırdığını bildirib.

Seçilən
0
1
publika.az

4Mənbələr