AZ

Ynet: İsrail Livanda atəşkəs razılaşmasını təsdiqləyib

İsrailin Ynet portalı İsrail, Amerika və Livan mənbələrinə istinadən xəbər verir ki, İsrail Livanda Hizbullah ilə təklif olunan atəşkəs razılaşmasını şərti olaraq təsdiqləyib. Onların fikrincə, son qərarı İsrail hökuməti verməlidir. Amerikanın Axios portalı yazır ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn İsrail hakimiyyətinin yaxın günlərdə atəşkəslə razılaşmayacağı təqdirdə danışıqlardan çəkilməklə hədələyib.

Portalın məlumatına görə, saziş layihəsi İsrail hərbçilərinin Livanın cənubunu tərk etməli olduğu 60 günlük keçid dövrünü ehtiva edir. Livan ordusunun sərhədə yaxın ərazilərə yerləşdiriləcəyi, Hizbullahın isə ağır silahlarını Litani çayının şimalına daşıyacağı gözlənilir. O, həmçinin təşəbbüsün həyata keçirilməsinə nəzarət etmək üçün ABŞ-nin rəhbərlik etdiyi komitənin yaradılmasını nəzərdə tutur.

Yüksək rütbəli İsrail rəsmisi bildirib ki, razılaşma bu həftə rəsmən elan oluna bilər. Axios üçün adı açıqlanmayan başqa bir İsrail mənbəsi bir neçə sualın hələ də həll olunmadığını iddia edir.

Sentyabrın sonundan İsrail Livanda Hizbullah infrastrukturunu məhv etmək üçün əməliyyat keçirir. Livan və Hizbullahın ABŞ-nin İsraillə atəşkəs təklifi ilə razılaşdığı faktı ötən həftə məlum olub. Hizbullah Amerikanın atəşkəs sazişi layihəsinə cavabını təqdim edib. Təşkilatın baş katibi Naim Qassem İsrailin münaqişədən sonrakı dövrdə güc tətbiq etmək hüququna malik olmasına qarşı çıxıb.

S.ELAY

XQ

Seçilən
11
50
xalqqazeti.az

10Mənbələr