AZ

Komitə sədri: “Sosial paket 3 milyon insanı əhatə edəcək”

“Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə, müharibə iştirakçılara qayğı və diqqət gələn il də davam edəcək”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, gələn il minimum pensiya və minimum əməkhaqqının artırılması, pensiyaların indeskləşdirilməsi planlaşdırılır: 

“Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək. Ötən illər ərzində ölkəmizdə sosial və iqtisadi siyasət uzlaşdırılıb. Bunun nəticəsidir ki, 2003-2023-cü illər ərzində dövlət büdcəsi xərclərinin təxminən 30 dəfə artımı fonunda Azərbaycanda yoxsulluğun səviyyəsi 44,7 %-dən 5,2 %-ə endirilib. 

Dövlət büdcəsi iqtisadi strategiyanın icrasına maliyyə təminatı yaradır. Postmüharibə dövründə Şərqi Zəngəzur və Qarabağda bərpa və quruculuq işləri prioritetlərdəndir. 

Bu istiqamətə 4 milyard manat vəsait nəzərdə tutulub. Gələn ilin dövlət büdcəsi artım dinamikasına malik olan büdcədir. Növbəti il üçün proqnozlaşdırılan büdcə xərcləri 2003-cü illə müqayisədə 34 dəfə çoxdur. 

Xatırladaq ki, Vətən müharibəsində təkcə ordumuz döyüşmürdü, döyüşən həm də büdcəmiz, iqtisadiyyatımız idi. Azərbaycanın növbəti il üzrə proqnozlaşdırılan sosial büdcəsi Ermənistanın 2025-ci il üçün proqnozlaşdırdığı büdcə gəlirlərini 30-50 % üstələyir”.

Seçilən
8
11
cebheinfo.az

10Mənbələr