AZ

İranın dini lideri: Netanyahu edam edilməlidir

İranın Ali Rəhbəri Ayətullah Xomenei İsrailin Baş naziri Benyamin Netanyahunun həbsi məsələsi ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, İRNA-nın məlumatına görə, Əli Xamenei Tehranda İnqilab Keşikçiləri Ordusuna bağlı milis qüvvələrinin üzvləri qarşısında çıxış edib.

İsrailin Qəzza və Livanda insanlığa qarşı törətdiyi cinayətlərdən danışan Xamenei qeyd edib: 

 "Netanyahu üçün həbs qərarı verilib, bu kifayət deyil. Onun cəzası ölüm cəzasıdır. Məsul İsrail liderlərinə ölüm hökmü verilməlidir".

Mülki əhalinin yaşayış yerlərinin bombalanmasına reaksiya verən İran lideri deyib:

"Qəzzə və Livanda insanların evlərini bombalamaq qələbə deyil. Axmaqlar insanların evlərini, xəstəxanalarını bombaladıqları üçün qələbə qazandıqlarını düşünməsinlər. Heç kim bunu qələbə kimi görmür. Onların etdikləri qələbə deyil, cinayətdir".

Əli Hüseynov

Seçilən
13
4
bakivaxti.az

5Mənbələr