Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən hamamda yanğın baş verməsi barədə məlumat daxil olub.
Yeniazerbaycan.com xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.