Sumqayıt şəhərində yerləşən hamamda ümumi sahəsi 600 kv/m olan ərazidə yanğın başlayıb, 100 kvm ərazi yanıb.
Bunu APA-ya açıqlamasında Sumqayıt DYM idarəsinin rəisi Mirfuad Mahmudov deyib.
Bildirib ki, qısa müddət ərzində yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və söndürülüb. Yanğından xəsarət alan olmayıb.
***
Sumqayıt şəhərində yerləşən hamamda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.