AZ

“Verona”nın baş məşqçisi futbolçuları evə buraxmadı

“Verona”nın baş məşqçisi Paolo Zanetti komandanın futbolçularını klubun məşq düşərgəsində “həbs” etmək qərarına gəlib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi sayıtna istinadən məlumat verir.

İtalyan mütəxəssisin müvafiq qərarına, “mastiflər”in İtaliya A Seriyasının 13-cü turu çərçivəsində evdə “İnter”ə 0:5 hesablı məğlubiyyəti səbəb olub:

“Düşünürəm ki, mənim oğlanlarımın başlarında nə isə qaydasında deyil və bunu çözmək gərəkdir. Buna görə də, məqbul oyun səviyyəsinə çatana qədər qeyri-müəyyən müddətə düşərgəmizdə qapanırıq”, deyə Zanetti açıqlayıb.

13 turdan sonra “Verona” 12 xalla İtaliya A Seriyasının yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “İnter” isə 28 xalla 2-ci yerdədir. İtaliya A Seriyasına 29 xalla “Napoli” başçılıq edir.

Seçilən
24
arena.az

1Mənbələr