AZ

Bayden: “Mən işdən çıxarıldım” – Zarafatla etdiyi çıxış diqqət çəkdi – ÖZƏL

ABŞ Prezidenti Co Bayden Şükranlıq Günü ərəfəsində Nyu-Yorkda keçirilən tədbirdə zarafatla bildirib ki, "işdən çıxarılıb".

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Ev mətbuat xidməti məlumat yayıb.

"Az öncə mənə ofisiant vəzifəsindən çıxarıldığımı dedilər... Sağ olun. Hamınıza dərin minnətdarlığımı bildirirəm", - deyə Bayden ayaq üstə alqışlayan auditoriyaya müraciət edib.

Bayden Şükranlıq Günü münasibətilə keçirilən tədbirdə təxminən 50 dəqiqə ərzində yemək paylayıb. Brüssel kələmini təqdim edərkən o, öz yaşına zarafatla toxunub və bildirib ki, ofisiant kimi işinə xitam verilib, indi isə Ağ Evə qayıtmalıdır.

Qeyd edək ki, Donald Trampın prezident seçilməsi ilə yanaşı, onun seçki kampaniyası çərçivəsində Bayden və vitse-prezident Kamala Harris tez-tez "işdən çıxarılacağı" ifadələri ilə hədəfə alınırdı. Respublikaçıların mitinqlərində "Co, sən işdən çıxarıldın", "Kamala, sən də işdən çıxarıldın" kimi şüarlar səslənirdi.

Bundan əlavə, Trampın dövlət xərclərini azaltmaq üçün verdiyi göstərişlərə uyğun olaraq, iş adamı Vivek Ramasvami və İlon Maskın rəhbərlik edəcəyi yeni hökumət agentliyinin FTB-ni bağlamaq və 1,5 milyon dövlət qulluqçusunu işdən çıxarmaq planı müzakirə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
5
olaylar.az

6Mənbələr