ABŞ prezidenti Co Bayden Şükran günü bayramı zamanı “işdən çıxarılma” ilə bağlı zarafat edib.
Bu barədə Daily Mail qəzeti yazır.
Bayden ABŞ Sahil Mühafizəsinin bazasında Şükran Günü tədbirində iştirak edib.
ABŞ prezidenti qonaqlara yemək verirdi, sonra zarafat etdi ki, ofisiant işindən qovulub.
Qəzet Baydendən sitat gətirir: “Mənə indicə işdən çıxarıldığım barədə məlumat verildi”.
Daha əvvəl bildirilmişdi ki, tədbir zamanı Bayden zarafatla ordunun bufetindən çörək oğurlayıb.
DOĞRU.AZ