AZ

Cüney Çakır "Qarabağ"a görə Bakıya gəlir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin tanınmış futbol hakimi Cüneyt Çakır Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi "Qarabağ"ın avrokubok oyununa təyinat alıb.
O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın "Lion" komandasına qarşı keçirəcəyi V tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropulos olacaq.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də başlayacaq.
Seçilən
4
10
oxu.az

10Mənbələr