Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi ilk oyunda böyük hesabla məğlub olub.
Publik.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib. Kiprin “Kouklia Community” stadionunda təşkil olunan qarşılaşma rəqibin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
U-19 noyabrın 29-da Estoniya, dekabrın 2-də meydan sahibləri ilə qarşılaşacaq.