Əməkdar artist Elza Seyidcahan 2017-ci ildə yazdığı şeiri efirdə səsləndirib.
News24.az publika.az-a istinadla xəbər verir ki, Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan “Xəbərin var?” verilişində “Mən dəlinin rəssamı” adlı kitabını göstərib və kitabda yer alan “Ənəlhəqq” adlı şeirini təqdim edib.
Şeirin mənasını da izah edən Elza Seyidcahan bildirib ki, bunu musiqi savadı olmayan şəxslər çətin başa düşəcək.
“Adam var ki, kasıblıqdan, dərddən ağlayır. Mən isə gözəllik qarşısında, gözəl musiqi qarşısında ağlayıram. Yəni, kamançanı, fletanı elə ifa etməlidirlər ki, mən ağlayım. Şeirlərimdə də bu öz əksini tapıb. Arifə bir işarə kifayətdir. Elza kimilər də bilir ki, Elza nə yazır. Kim özü necədirsə, özünü elə göstərir”.
Şeiri təqdim edirik:
Sürt mizrabı kamana
Çək mizrabı yatana
Bilir çoxu.
Bülbülüm oxu, oxu
Hər gülün bir qoxu
Simsiz aləm mənə qorxu
Sızıldasın lütf
Ahəngində nəğmələr qoşsun
Türk
Al rəngindən.
Qoşmalar yazsın
Saz mehrindən
Sular daşsın nəhrindən
Tellər qırılsın əzmindən
Sürt oxuyağın
Cüt çalağın,
Oynayağın.
Orkestrlə coşağın.
Çək mizrabı kamana
Yana-yana, yanana
Ana-ana zamana
Qana-qana yalana
əyri-üyrü dalana.
Aşağı-yuxarı sürt, sürt.
Sürt mizrabı kamana
dərə-təpə sürt, sürt.
Qışqır, oyna, gəl çıx
Alqışlarla bu yana
Çıxsın, çıxsın
Səsi çıxsın
Dadı tökülsün
Dığır-dığır, sıvır-sıvır
Uzun-uzun, bəmli, zilli,
Abertonlu səslərin.
Flajaletto, fleyto,
Libiretto, operetto
Çək mizrabı kamana
ənəlhəqq
sürt kamanı sayana
ənəlhəqq.