Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərindən əldə edilmiş gəlirlərin 1,5 milyard avro məbləğində ikinci tranşından 1 milyard avro vəsaiti Ukraynada hərbi istehsalın inkişafına yönəltməyi planlaşdırır.
Bunu Aİ-nin ədliyyə üzrə komissarı Didye Reynders Strasburqda Avropa Parlamentinin sessiyasında bildirib.
\"Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin 1,5 milyard avro məbləğində növbəti tranşından Ukraynanın hərbi sənayesinə 1 milyard avro ayırmağı təklif edir\", - o qeyd edib.