AZ

Əfsanəvi "Rolls-Royce"hərraca çıxarılacaq - FOTO

"Aguttes" auksionunda Paris-Dakar rallisi üçün hazırlanmış ən məşhur avtomobillərdən biri - "Jül" adı ilə tanınan "Rolls-Royce Corniche" satışa çıxarılacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə auto.ru yazır.

1981-ci il yarışı üçün nəzərdə tutulmuş və orijinal "Rolls-Royce" ilə demək olar ki, heç bir ümumi cəhəti olmayan avtomobilin 400-800 min avroya satılacağı gözlənilir.

Avtomobilin mühərrik bölməsinə "General Motors"dan 5.7 litrlik V8 yerləşdirilib, korpus panelləri plastik şüşədən ibarətdir. Yalnız şüşələr, bamperlər və radiator barmaqlığı orijinal "Rolls-Royce" ilə eynidir.

Avtomobil layihənin sponsoru olmuş "Cristian Dior" dəb evinin ətirlərindən birinin şərəfinə "Jül" adını alıb. Prototip qəzaya görə Dakarda heç bir titul qazana bilməyib. Onun bərpası150 000 avroya başa gəlib.

 

(oxu.az)

 

Seçilən
1
2
avtosfer.az

10Mənbələr