Ağdaş rayonu Yuxarı Ləki kəndində çayxanada 10 qəpikdən domino oynayan şəxslər saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, kənd sakinləri - C.G, M.N və D.V pulla domino oynayıblar.
Məhkəmədə onların polis əməkdaşlarını görən pulları masanın üzərindən götürüb gizlətdikləri bildirilib. Polis əməkdaşının "niyə qumar oynayırsız" sualına cavab olaraq şəxslərdən biri "10 qəpikə oyun oynadıqlarını" bildirib.
Məhkəmənin qərarı ilə hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3 min manat cərimə ediliblər.
Aydın