AZ

Lloyd Ostin İsrail və Livan arasındaki atəşkəsi təqdir edib

ABŞ-nin müdafiə naziri Lloyd Ostin Livan və İsrail hökumətləri arasında atəşkəs əldə olunmasını tarixi an kimi qiymətləndirib.

Busaat.az bu barədə Pentaqondan verilən məlumata istinadla xəbər verir.

Belə ki,  Ostin ABŞ prezidenti Co Baydenin açıqladığı Livan ilə İsrail arasında imzalanan atəşkəsi dəyərləndirib.

O, atəşkəs sayəsində Livan və İsraildə on minlərlə mülki vətəndaşın təhlükəsiz şəkildə evlərinə qayıda bildiyini qeyd edib.

Ostin İsrailin özünü müdafiə etmək hüququnu dəstəklədiklərini vurğulayıb və atəşkəsin həyata keçirilməsinə dəstək vermək üçün beynəlxalq və institutlararası tərəfdaşlarla çalışacaqlarını söyləyib.

 

Zeyd Bağırzadə

Seçilən
1
50
busaat.az

10Mənbələr