İqtisadiyyat Nazirliyinin Almaniya Bundestaqındakı müxalifət partiyalarından biri olan Sahra Vaqenknext Alyansının parlament sualına verdiyi cavaba görə, Almaniya hökuməti İsrailə “müxtəlif avadanlıq” adı ilə 20,3 milyon avro göndərib.
Parlamentin sualına cavabda məlum olub ki, bu il noyabrın ortalarına qədər Almaniyadan İsrailə ən azı 131 milyon avroluq silah ixrac edilib.
Almaniya hökuməti İsrailə göndərilən silah sistemləri haqqında ətraflı məlumat verməyib.