Almaniya bu il noyabrın ortalarına qədər İsrailə ən azı 131 milyon avroluq silah ixrac edib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, Almaniya hökuməti oktyabrın 18-dən noyabrın 19-dək olan müddətdə İsrailə “müxtəlif avadanlıqlar” başlığı altında 20,3 milyon avroluq silah göndərib. Bununla yanaşı İsrailə 23,6 milyon avro dəyərində silahların göndərilməsinə də icazə verilib.
Almaniya hökuməti İsrailə göndərilən silah sistemləri haqqında ətraflı məlumat verməsə də, noyabrın ortalarına qədər ən azı 131 milyon avroluq silah ixrac edildiyini qeyd edib. Bildirilib ki, sonuncu dəfə fevral ayında təsdiq edilən kateqoriyaya atıcı silahlar, həmçinin döyüş tankları və sualtı qayıqlar daxildir.