AZ

Milli Arxiv İdarəsinin binasında əsaslı təmir işləri üçün 671 min manat ayrılıb

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə məxsus binada əsaslı təmir işləri aparılacaq.

Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı qurum hazırlıqlara başlayıb.

Təmir işləri Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arxivlərinin binasında həyata keçiriləcək.

Bu işlərlə bağlı qurum artıq “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb. Şirkət 671.902,74 AZN (671 min 902 manat 74 qəpik) qarşılığında təmir işlərini icra edəcək.

“Vest LTD” şirkəti əvvəlcə Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi qeydiyyatdan keçmiş, 2018-ci ildə isə təşkilati-hüquqi forması dəyişdirilərək Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Şirkətin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur və nizamnamə kapitalı 2 050 manatdır.

Fuad Mədətov
Fins.az

Seçilən
45
3
fins.az

10Mənbələr