AZ

Bu dövlət qurumunun binasının təmirinə 670 min manat ayrıldı

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə məxsus binada əsaslı təmir işləri aparılacaq. Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bununla bağlı qurum hazırlıqlara başlayıb.

Belə ki, təmir işləri Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arxivlərinin binasında həyata keçiriləcək.

Artıq qurum sözügedən işlərin icrası ilə bağlı “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb. Şirkət 671.902,74 AZN (671 min 902 manat 74 qəpik) qarşılığında təmir işlərini icra edəcək.

Qeyd edək ki, “Vest LTD” şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kimi dövlət qeydiyyatına alınıb. 2018-ci ildə isə MMC-nin təşkilati-hüquqi forması dəyişdirilərək, “Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti (QSC) olub. Nizamnamə kapitalı 2 050 manat olan QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

Seçilən
69
30
yenigundem.az

10Mənbələr